Onlayn ictimai-siyasi qəzet
Məşhur müğənni Murat Dalkılıç 13-cü dəfə əməliyyat olunub.
Musavat.com xəbər verir ki, sosial media hesabında açıqlama verən Dalkılıç "Sağalma mesajlarınız üçün çox təşəkkür edirəm, cavab vermədiyim üçün məni bağışlayın. Yeni sağalmağa başlayıram. Allaha şükür ki, əməliyyatım yaxşı keçdi. Həkimim dünən yaxşı şeylər dedi, ümidliyik. İnşallah, bu problemi əbədi olaraq həll edəcəyik" deyib. Sənətçi əməliyyatın uğurlu keçdiyini və sağalma prosesinin başladığını bildirib.
Dalkılıç əməliyyatdan əvvəl qısa müddətə saxlanıldığını, sonra dərhal əməliyyat olunduğunu və buna görə də açıqlama verə bilmədiyini bildirib.
O, həmçinin test nəticəsinin mənfi olduğunu və bu məlumatın bəzi qəzetlərdə dərc olunduğunu da paylaşıb.
Könül
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ