Onlayn ictimai-siyasi qəzet
Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ailə qurur.
Musavat.com xəbər verir ki, bu barədə türkiyəli jurnalist Akif Yaman məlumat yayıb.
O bildirib ki, Nəsrinin toy mərasimi bu gün Bodrumdadır.
Məlumatda qeyd olunur ki, Nəsrin Cavadzadə Kadir Taner Uçar ilə nikah masasına əyləşir.
Nəsrin özü də toydan paylaşım edərək, xəbəri təsdiqləyib. O, toy fotolarını bölüşüb.
Qeyd edək ki, Nəsrin Cavadzadə bir müddət əvvəl həmkarı Pamir Pekinlə eşq yaşasa da, cütlük münasibətlərini rəsmiləşdirmədən yollarını ayırmışdı.
Könül
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ