İnsanlara hürriyət, millətlərə istiqlal!

Nümayəndələrimiz ABŞ-ı əvvəlcədən nəzərdə tutulan vaxt tərk edib – Rəsmi Tehran

BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün ABŞ-a gedən İran nümayəndə heyəti, əvvəlcədən nəzərdə tutulan qrafikə uyğun olaraq, 28 sentyabrda Nyu-Yorku tərk edib.

Musavat.com xəbər verir ki, məlumatı İranın BMT-dəki Daimi Nümayəndəliyi X hesabında yayıb.

Bundan əvvəl Axios mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ dövlət katibi Marko Rubio, ikitərəfli sülh danışıqları çıxılmaz vəziyyətə düşdükdən sonra, 28 sentyabr bazar ertəsi günü İranın BMT Baş Assambleyasındakı nümayəndə heyətinin ölkəni dərhal tərk etməsini tələb edib.

Nümayəndəlik isə İranlıların Nyu-Yorku Rubionun tələbinə görə tərk etmədiyini deyir: "İran nümayəndə heyəti, 17 sentyabrda Dövlət Departamentinə təqdim edilən cədvələ uyğun olaraq, bazar ertəsi axşamı Nyu-Yorku tərk etdi. Dövlət Departamenti əsassız və dəyərsiz xəbərlər yaymağa əl atıb".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR