Onlayn ictimai-siyasi qəzet
Müğənni Mehin Hümbətova açıqlaması ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, ifaçı hazırda ölkədən kənara səfər edə bilmədiyini açıqlayıb.
Sənətçi bildirib ki, adına qoyulan "stop" səbəbindən xaricə çıxışı məhdudlaşdırılıb. Onun sözlərinə görə, bu məsələ yaxın zamanda həllini tapacaq və məhdudiyyət aradan qaldırılacaq.
İfaçı "stop"un hansı səbəbdən tətbiq edildiyini açıqlamayıb. O, yalnız problemin yaxın günlərdə həll olunacağını və bununla bağlı narahatlığa əsas olmadığını vurğulayıb.
Könül
Musavat.com
09 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ