İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar” - Tacir Şahmalıoğlu

"İmadəddin Nəsimi, Mikayıl Müşfiq kimi şair və sənətkarımız var ki, ömürlərini asan başa vurmayıblar. Elələri var ki, nakam gediblər. Mən də öz dövrümdə bəzi haqsızlıqlara, təzyiqlərə məruz qalıram".

Bu sözləri müğənni Tacir Şahmalıoğlu "Rəngarəng" verilişində deyib.

Müğənni ölümündən sonra 2 əsr onun sənətindən danışılacağını iddia edib:

"Amma mən bunu onlara öz sənətimlə qəbul etdirəcəyəm. Onlara qəbul etdirəcəyəm ki, mən başqa şey oxuyuram. Hansı ki, ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar. Çünki mənim oxuduğum musiqilər sırf Azərbaycan dilindədir". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR