Onlayn ictimai-siyasi qəzet
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən və Bakıda keçirilən ədalətli məhkəmə nəticəsində azadlıqdan məhrum edilən Ermənistan Respublikasının vətəndaşlarının ailələri Azərbaycana gəlmək istəyirlər.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Jurnalistlər Birliyi tərəfindən təşkil olunan “Ermənistanın səsləri” konfransında dustaqların Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Siranuş Saakyan bildirib.
Onun sözlərinə görə, məsələ xüsusilə vizaların alınması və sərhədin təhlükəsiz keçidi ilə bağlıdır. Bunun üçün onlara dövlət dəstəyi və təminatlar lazımdır.
“Əgər dövlət dəstəyi olmasa, ailələr öz imkanları hesabına Bakıya gedə bilməz”, – deyə Saakyan qeyd edib.
O bildirib ki, problem ictimai şəkildə qaldırılsa da, hələlik müsbət reaksiya yoxdur. Bununla yanaşı, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri qarşılıqlı səfərlər həyata keçirirlər.
“Düşünürük ki, bu model saxlanılan şəxslərin ailələrinin hüquqlarının qorunması üçün də tətbiq edilməlidir. Bizim üçün xüsusilə Ermənistan hakimiyyətinin reaksiyası vacibdir”, – deyə Siranuş Saakyan vurğulayıb.
Xatırladaq ki, Azərbaycanda 17 yanvar 2025-ci ildən etibarən keçmiş qondarma “Dağlıq Qarabağ” rejiminin hərbi-siyasi rəhbərliyi və digər ermənilərlə bağlı məhkəmə prosesi keçirilib. Hökmə əsasən, təqsirləndirilən Arayik Harutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan, David Babayan da qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Digər erməni müttəhimlər də verilmiş ittihamlarda təqsirli bilinib. Arkadi Qukasyanla Bako Sahakyan ayrılıqda 20, Madat Babayan, Melikset Paşayan 19, Qarik Maritosyan 18, Davit Allahveriyan və Levon Balayan 16, Vasili Beqloryan və Qurgen Stperayan, Erik Qazaryan isə 15 müddətinə azadlıqdan məhrum edilib.
Şahanə Rəhimli
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ