Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Taiz əyalətinə aviazərbələr endirib. Digər tərəfdən Husi hərəkatı Yəmənə endirilən zərbələrə görə Səudiyyə Ərəbistanını "ağır nəticələr"lə hədələyib.
Musavat.com xəbər verir ki, bu barədə hərəkatın yaydığı bəyanatda bildirilir.
Məlumatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcıları Yəmənin cənub-qərbində yerləşən Taiz əyalətinin Maviyə rayonundakı bazara iki aviazərbə endirib.
Hücum nəticəsində 7 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.
Bəyanatda həmçinin təyyarələrin yerli vaxtla saat 11:00-da Xamis-Muşayt aviabazasından havalandığı və 11:37-də Taiz ərazisini tərk etdiyi vurğulanır. Qırıcılar bundan sonra Əl-Cauf əyalətinin Xab və Əş-Şaab rayonlarına daha dörd aviazərbə endiriblər.
Husilər bazara endirilən zərbənin Səudiyyə Ərəbistanı üçün "ağır nəticələr" doğuracağı barədə xəbərdarlıq ediblər.
@@TVmusavat/156191@@
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ