İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda pedofillərə ömürlük həbs cəzası veriləcək

Özbəkistanın ədliyyə naziri Əkbər Taşkulov pedofillərə ömürlük həbs cəzasının tətbiqi planlarına münasibət bildirib.

Musavat.com Gazeta.uz saytına istinadla xəbər verir ki, jurnalistlər nazirdən pedofiliyaya görə ömürlük həbs cəzasının tətbiqi planının 2026-cı il dövlət proqramına daxil edilməsinə hansı amillərin təsir etdiyini soruşublar. Nazir suala cavab olaraq deyib:

"Son illərdə bir çox cinayətlərin liberallaşdırılmasından uzaqlaşmışıq. Əlbəttə ki, istənilən cəzanın əsas məqsədi cinayətkarlığın qarşısını almaq və cinayətkarı islah etməkdir. Siz yaxşı bilirsiniz ki, son zamanlar uşaqlara və qadınlara qarşı cinayətlərdə tendensiya dəyişib və çox mürəkkəb vəziyyətlər yaranır. Biz onları təhlil etdik. Bundan əlavə, biz xarici ölkələrin, o cümlədən ən yaxın qonşularımızın təcrübəsini öyrəndik və buna əsaslanaraq belə cinayətlərə görə cinayət cəzalarının sərtləşdirilməsinin zəruri olduğu qənaətinə gəldik", - deyə Əkbər Taşkulov bildirib.

Nazir hansı ölkələrin təcrübəsinin öyrənildiyini dəqiqləşdirməyib. O, əlavə edib ki, cəzaların artırılmasının məqsədi bu cür cinayətlərin baş vermə hallarını azaltmaqdır.

Nazirin sözlərinə görə, pedofillər üçün ömürlük həbs cəzasının tətbiqi məsələsi Ədliyyə və Daxili İşlər nazirlikləri, Baş Prokurorluq və Ali Məhkəmə də daxil olmaqla bir sıra qurumlar tərəfindən nəzərdən keçirilir.

"Hər hansı bir qanuna dəyişiklik edərkən əvvəlcə mövcud ehtiyacı və törədilən cinayətlərin sayını müəyyən edərək təcrübəni araşdırırıq və sonra nəticə çıxarırıq. Təbii ki, qanun layihəsi ictimaiyyətə açıqlanacaq", - deyə Əkbər Taşkulov qeyd edib.

Pedofiliyaya görə ömürlük həbs cəzasının tətbiqi Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən təsdiqlənmiş 2026-cı il üçün dövlət proqramına daxil edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR