Onlayn ictimai-siyasi qəzet
Qarabağdakı keçmiş separatçı rejimin son “rəhbəri” yenidən təxribat xarakterli açıqlamalar verib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Samvel Şahramanyan Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarına sərt reaksiya verib.
İrəvanda, Yerablur panteonunda jurnalistlərə danışan Şahramanyan Paşinyanın “Qarabağ erməniləri döyüşməyib, qaçıblar” fikrini tənqid edərək bunu “təxribat” adlandırıb.
O iddia edib ki, Qarabağın itirilməsinin əsas səbəbi Ermənistan rəhbərliyinin siyasəti olub və 2020-ci il müharibəsində məhz onların qərarları bu nəticəyə gətirib çıxarıb.
Şahramanyan bildirib ki, hazırda Ermənistan hakimiyyəti Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirməyə məcbur qalır və vəziyyətin məsuliyyəti məhz onların üzərinə düşür.
Eyni zamanda, o, "Qarabağa qayıdış" məsələsinin gündəmdə saxlanılmalı olduğunu iddia edib.
Qeyd edək ki, Şahramanyan Qarabağdakı separatçı rejimin son “rəhbəri” olub, həmin qurum onun imzası ilə özləri tərəfindən ləğv edilib.
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ