Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya planlaşdırılan səfəri ərəfəsində "Facebook" hesabında maraqlı videoçarx paylaşıb.
Musavat.com xəbər verir ki, hökumət başçısı sözügedən videonu "Dinləmə deyil, 18+3+3" başlığı ilə təqdim edib.
Görüntülərdə Paşinyanın erməni dilində telefonla danışdığı əks olunub.
Baş nazirin söhbət zamanı işlətdiyi ifadələr isə geniş müzakirələrə səbəb olub:
"Xeyr, qardaş, düzünü desəm, bu üçünü sənə verə bilmərəm, çünki bu üçünü xalqa verməyə qərar vermişəm. Digər üçü? Düzünü desəm, onları da xalqa verməyi qərara aldım. Qalan 18-i də, açığı, xalqa verməyə qərar verdim. Əslində, artıq veriliblər, əllərində yollayış vərəqələri ilə gedirlər. Yaxşı, dostum, yaxşı", - deyə o bildirib.
Müşahidəçilər Paşinyanın bu sirli mesajının konkret olaraq kimlərə və ya hansı hadisələrə işarə etdiyini anlamağa çalışırlar.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ