Onlayn ictimai-siyasi qəzet
Rus Pravoslav Kilsəsinin rəhbəri, Patriarx Kirill Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevə “Dmitri Donskoy” ordeninin I dərəcəsini təqdim edib.
Musavat.com xəbər verir ki, təltif mərasimi Medvedevin ad günü və tezoymenitstvo (ad günü ilə bağlı kilsə mərasimi) münasibətilə keçirilib.
Moskva Patriarxiyasının saytında yayılan məlumata görə, mükafat Medvedyevin “dövlətə və pravoslav dəyərlərin qorunmasına xidmətlərinə görə” təqdim olunub.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ