İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Daşkənddə möhtəşəm tədbir – Karreras, Braytman, Zakirov, Dimaş...


Dünən axşam Özbəkistanın Yeni Daşkənd şəhərinin möhtəşəm idman-konsert arenasında ölkənin dövlət müstəqilliyi əldə etməsinin 35-ci ildönümünə həst olunmuş təntənəli mərasim keçirilib.

Mərasimdə fəxri qonaq kimi iştirak edən əməkdaşımızın verdiyi xəbər görə, 10 min civarında yerli əhalinin və xarici qonaqların tamaşaçı olduğu tədbrdə ölkə prezidenti Şavkat Mirziyoyev və iştirak və çıxış edib.

Dövlət başçısı ölkəsinin çoxvektorlu, ölçülüb-biçilmiş və balanslaşdırılmış xarici siyasət apardığını, bunu davam etdirəcəyini bildirib və deyib ki, xarici siyasətin prioritet istiqamətlərindən biri iqtisadi diplomatiya olaraq qalacaq. “Mühüm hadisələrdən biri Özbəkistanın 2027-2029-cu illərdə Qoşulmama Hərəkatına ilk dəfə sədrlik etməsi olacaq. Təşkilat 120-dən çox dövləti birləşdirir”, - prezident deyib.

savkat.JPG (44 KB)

Mirziyoyev bu təntənəli tədbirin Yeni Daşkənddə keçirilməsinin mərasimə xüsusi ab-hava qatdığını vurğulayıb və deyib ki, Yeni Daşkənd gələcəkdə elm, təhsil və mədəniyyətin böyük mərkəzinə çevrilməlidir: “Ötən gün burada Yeni Özbəkistan Universitetinin, Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetinin və Özbəkistan Milli Kitabxanasının binaları istifadəyə verilib”.

Prezident çıxışında Özbəkistan öz tarixinin daha məsuliyyətli və həlledici mərhələsində olduğunu deyib və əlavə edib ki, yaxın 10 il ərzində ölkənin milli yüksəliş dövrü olacaq və Özbəkistan tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

12a.jpg (331 KB)

O, 650 mindən çox ailənin müasir mənzillə təmin olunduğunu, son on il ərzində məktəbəqədər təhsillə əhatə səviyyəsi 78 faizə çatdığını, ali məktəblərdə təhsil alan tələbələrin sayının 1,6 milyon nəfərə yüksəldiyini və onların yarıdan çoxunu qızların təşkil etdiyini bildirib.

Ölkəsinin bir çox başqa sahələrdə böyük uğurlar qazandığını qeyd edən bu barədə müfəssəl danışan prezident özbək idmançıların son illərdə qazandığı nailiyyətlərdən də bəhs edib və özbək şahmatçı Cəvahir Sindarovun adını xüsusilə çəkib.

aren.jpg (887 KB)

Prezident deyib ki, üç il əvvəl Özbəkistanın ümumi daxili məhsulunun həcminin 2030-cu ilədək 160 milyard dollara çatdırılması qarşıya məqsəd qoyulub. “Qlobal logistika sahəsindəki fasilələrə və dünyadakı qeyri-sabit vəziyyətə baxmayaraq, bu göstərici artıq cari ildə planlaşdırılan həddi aşacaq və Özbəkistan gəlirləri orta səviyyədən yüksək olan ölkələr sırasına daxil olacaq. Belə yüksək nəticələrə xalqın fədakar əməyi, onun intellektual potensialı, eləcə də millətlə dövlətin birliyi sayəsində nail oluruq. Hər bir insan və hər bir ailə həyatında baş verən müsbət dəyişiklikləri getdikcə daha dərindən hiss edir”, - - Mirziyoyev deyib.

Dövlət başçısının çıxışında sonra öz nəhəng səhnəsi ilə Ginnesin Rekordlar Kitabına düşmüş arenada möhtəşəm şou-konsert başlanıb. Birdən-birə 250-300 adamın eyni zamanda səhnədə şou göstərə bildiyi arenada vətənpərlik ruhunda mahnılar oxunub, az qala hərbi parada bənzər çıxışlar yer alıb.

Özbəkistanın fəxri sayılan estrada, opera ulduzları Fərrux Zakirov, Dimaş Kudaybergen və başqaları ilə yanaşı, səhnədə dünya ulduzlarından Xose Karreras, Sara Braytman kimi məşhur sənətçilər də yer lıblar və özbəki xalqının müstəqilliyinin 35-ci ildönümünü təbrik ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR