İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksandr Novakdan ŞOK AÇIQLAMA: "Rusiya ABŞ-yə birbaşa dizel yanacağı tədarük edəcək"

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak Moskva və Vaşinqton arasında enerji sahəsində gözlənilməz danışıqların getdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, Novak Rusiyanın Birləşmiş Ştatlara birbaşa dizel yanacağı tədarük etməyi planlaşdırdığını və tərəflərin artıq müvafiq müqavilələr üzərində işlədiyini bildirib.

Baş nazir müavininin sözlərinə görə, ilk partiyanın ABŞ-yə göndərilməsi üçün müəyyən vaxt və rəsmi müqavilələrin bağlanması tələb olunur. Tərəflər mövcud sanksiya məhdudiyyətləri şəraitində tədarükü mümkün edəcək xüsusi mexanizmlər tapmaq niyyətindədirlər. Novak vurğulayıb ki, ABŞ-yə dizel ixracı Rusiyada neft emalını artırmağa və büdcə gəlirlərini tamamlamağa imkan verəcək: "İlin sonunadək Rusiya tədarük həcmini ayda 3,5 milyon tona çatdıra və bu bazarın 10%-ni tuta bilər".

Novak həmçinin əlavə edib ki, Rusiya yanacaq-energetika kompleksinə qarşı sanksiyaların gələcəkdə zəiflədilməsi bazardakı vəziyyətdən və tərəflərin münasibətlərindən asılı olacaq. Rusiya daxili bazarındakı vəziyyətə də toxunan rəsmi şəxs bildirib ki, bir neçə Neft Emalı Zavodu  təmirdən sonra fəaliyyətini bərpa edib və enerji infrastrukturlarının mühafizəsi gücləndirilib, lakin sonrakı dinamika bilavasitə obyektlərə olunacaq hücumların intensivliyindən asılı olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR