İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Trampın Ukrayna ilə bağlı xahişini QƏBUL ETDİ - Fevralın 1-nə qədər...

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə şəxsən müraciət edərək, Ukraynanın infrastrukturuna hücumların 1 fevrala qədər dayandırılmasını xahiş edib. 

Musavat.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirib.

O deyib ki, Tramp bu müraciətini yazılı formada edib: "Doğrudur, Tramp Putinə yazılı müraciət edərək Kiyevə hücumları bir həftə, yəni 1 fevrala qədər dayandırmağı xahiş edib".

Ekspertlərin fikrincə, məqsəd Ukrayna ilə danışıqlar üçün əlverişli bir diplomatik mühit yaratmaq olub.

Peskovun sözlərinə görə, Rusiya lideri bu xahişi nəzərə alaraq müvafiq qərar qəbul edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR