İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray"da gözlənilməz ayrılıq

"Qalatasaray"ın heyətində növbəti mövsüm üçün qeyri-müəyyənlik yaranıb.

İlk danışıqlarda İstanbul təmsilçisinin yeni müqavilə təklifinə müsbət cavab verən Mario Lemina imza öncəsi keçirilən son görüşdə fikrini dəyişərək təklifi rədd edib.

Klub rəhbərliyi isə futbolçuya son şərtlərini təqdim edib. Əgər Mario Lemina "Qalatasaray"ın təklif etdiyi bu şərtləri qəbul etməsə, tərəflər arasında yollar birdəfəlik ayrılacaq.

Qeyd edək ki, Lemina ötən mövsüm 41 oyunda meydanda olub və 3 qol vurub./Offsideplus.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR