İnsanlara hürriyət, millətlərə istiqlal!

Qallyamov: “Onlar Rusiya cəmiyyətini fəlakətə sürükləyir”

Rusiya gündən-günə fəlakətə sürüklənir.

Musavat.com xəbər verir ki, bu barədə politoloq Abbas Qallyamov Kremlin sosial monitorinq idarəsinin rəhbəri Aleksandr Xariçevin son məqaləsinə münasibət bildirirəkən danışıb.

Qallyamovun sözlərinə görə, Xariçev və onun kimi məmurlar “vətəndaş müharibəsi təhlükəsindən danışarkən” əslində insanlara hər bir etirazı və narazılığı təhlükə kimi göstərmək istəyirlər:

“O, ehtiyatla danışır. İnsanların istənilən etirazı və ya razılaşmazlığı vətəndaş müharibəsi riski prizmasından görməsini istəyir, amma eyni zamanda bu riskin hakimiyyətin zəifləməsi ilə bağlı nəticələrə gətirməsini istəmir”.

Politoloq vurğulayıb ki, “güclü hakimiyyət zamanı vətəndaş müharibəsi baş vermir”, və əgər bu risk artıq dilə gətirilirsə, bu, hakimiyyətin zəifləməsi deməkdir.

Qallyamov qeyd edib ki, Xariçev istənilən siyasi qarşıdurmanı və ya sosial ziddiyyəti “risk” kimi təqdim etməyə çalışır:

“Bu, anlayışların açıq şəkildə saxtalaşdırılmasıdır. Vətəndaş müharibəsinə yalnız uzun illər ərzində yığılıb normal siyasi institutlar çərçivəsində həll olunmayan ziddiyyətlər gətirib çıxarır”.

Politoloq xatırladıb ki, qanuni və institusional yolla - o cümlədən seçkilər vasitəsilə - həll olunan qarşıdurmalar problem deyil, əksinə, inkişafın mənbəyi və cəmiyyətin daxili inteqrasiyasının mühüm amilidir:

“Münaqişələri aradan qaldırmaq yox, tənzimləmək lazımdır. Onlar üçün müstəqil və avtonom institutlar yaradılmalıdır. Münaqişəsiz cəmiyyət yalnız məzarlıqda mümkündür”.

Qallyamovun fikrincə, Putin rejimi bu institutların formalaşmasına imkan vermir:

“Putin bir əli ilə seçkilərdə kimlərin iştirak edəcəyini müəyyən edir, digər əli ilə isə özü o seçkilərdə iştirak edir. Cəmiyyətin müstəqil institutlara sahib olmasına imkan verməyən avtokratlar xalqları məhz ekstremizmə və inqilabi meyillərə doğru itələyirlər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR