Onlayn ictimai-siyasi qəzet
Bakının Qaradağ rayonunun Müşviq qəsəbəsində dəhşətli hadisə baş verib.
Musavat.com xəbər verir ki, hadisə ilə bağlı görüntüləri “Facebook” istifadəçisi Nizami Ramazanov paylaşıb.
İddialara görə, hamilə it 10-cu mərtəbədən aşağı atılaraq öldürülüb. Hadisənin insanların gözü qarşısında baş verdiyi bildirilir.
Yayılan görüntülər sosial şəbəkələrdə ciddi narazılıq doğurub.
Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi barədə hələlik məlumat yoxdur.
Şahanə Rəhimli
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ