İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarakilsədə “Qarabağ pavilyonu” — İran səfiri də ora getdi — Video

Ermənistanın Qarakilsə şəhərində keçirilən Ermənistan–İran mədəniyyət və kulinariya festivalında “Qarabağ pavilyonu”nun qurulması diqqət çəkib.

Musavat.com xəbər verir ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqolami də həmin pavilyona baş çəkib və burada təqdim olunan yeməyin dadına baxıb.

Söhbət artıq beşinci dəfə təşkil edilən “Navasard” Ermənistan–İran mədəniyyət və kulinariya festivalından gedir. Bu il tədbir iki gün davam edir.

Festival zamanı “Qarabağ pavilyonu” adı altında ayrıca guşə yaradılıb. İran səfiri Xəlil Şirqolami həmin pavilyonda bişirilən ənənəvi jengyalov hats yeməyinin dadına baxıb.

Ermənistan Turizm Federasiyasının prezidenti Mexak Apresyan bildirib ki, festivalda İran və Ermənistan aşpazları arasında kulinariya müsabiqəsi də keçirilir. Onun sözlərinə görə, bu il ilk dəfə müsabiqənin yekununda Sülh Kuboku təqdim olunacaq.

Apresyan tədbiri Ermənistan və İran xalqlarının öz mətbəxləri və mədəniyyətləri vasitəsilə sülh mesajı göndərməsi kimi təqdim edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

11 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR