İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Xəzərlə bağlı HƏRƏKƏTƏ KEÇDİ - Bir milyard AYIRDI

Qazaxıstan hökuməti Xəzər dənizinin öyrənilməsi və qorunması üçün təxminən 2,5 milyon dollar (1,1 milyard təngə) vəsait ayırıb.

Musavat.com xəbər verir ki, Qazaxıstanın baş naziri Oljas Bektenovun imzaladığı sərəncama əsasən, vəsait "Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutu"na ayrılıb.

Məqsəd Xəzər dənizinin hərtərəfli öyrənilməsi, ekoloji dayanıqlığın dəstəklənməsi və regionun ətraf mühitinin qorunmasıdır.

Qazaxıstan hökumətinin mətbuat xidməti bildirir ki, ayrılan maliyyə institutun elmi potensialını artıracaq.

Vəsait dəniz monitorinqi üçün avadanlıqların alınması, eləcə də hidrobioloji və hidrokimyəvi laboratoriyaların təchiz edilməsinə sərf olunacaq.

“Bu dəstək institutun birbaşa dənizdə sistematik monitorinq aparmasına, hidrometeoroloji və bioloji ətraf mühit parametrlərini izləməsinə imkan yaradacaq. Nəticədə Qazaxıstan hissəsində dəniz prosesləri haqqında elmi əsaslı məlumat bazası genişlənəcək”, - açıqlamada qeyd olunub.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR