İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?

Tanınmış azərbaycanəsilli Rusiya repçisi Navai (əsl adı - Nəvai Bəkirov) 7 il müddətinə sürücülük hüququndan məhrum oluna və 15 sutkalıq inzibati həbsə göndərilə bilər.

Qazaxıstanda narkotik vasitələrlə saxlanıldıqdan sonra sənətçini daha bir maddə üzrə cəza gözləyir.

Bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Analizlərin nəticələrinə əsasən, musiqiçinin qanında qadağan edilmiş maddələr aşkarlanıb.

"Korday" nəzarət-buraxılış məntəqəsində saxlanılarkən o, "Mercedes" markalı avtomobili şəxsən idarə edirmiş. İndi onu narkotik sərxoşluğu vəziyyətində nəqliyyat vasitəsini idarə etdiyinə görə Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 608-ci maddəsi ilə məsuliyyətə cəlb edə bilərlər. Buna paralel olaraq, polis satış məqsədi olmadan narkotiklərin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə bağlı işi də araşdırır.

Bu maddələrə əsasən, sənətçini 5 ilə qədər həbs və ya 5 min AHG-yə (aylıq hesablama göstəricisi - Qazaxıstanda vergilərin, cərimələrin, dövlət rüsumlarının, müavinətlərin və digər sosial ödənişlərin hesablanması üçün istifadə olunan xüsusi maliyyə əmsalı, 1 AHG = 4 325 tenge = 15-16 manat) qədər cərimə gözləyir.

Yekun qərar hələ müəyyənləşdirilməyib, bu gün qətimkan tədbirinin seçilməsi məsələsi həll olunmalıdır./bakivaxti.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR