Onlayn ictimai-siyasi qəzet
Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi logistika mərkəzlərinə və strateji liman infrastrukturlarına sarsıdıcı zərbələr endirib.
Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata əsasən, Kiyev şəhəri və vilayətində, eləcə də cənub regionlarında bir sıra mühüm hərbi obyektlər dəqiqliklə vurularaq sıradan çıxarılıb.
Rusiya tərəfinin açıqladığı siyahıya əsasən, Kiyev vilayətinin Çayki yaşayış məntəqəsində "Flaminqo" raketləri üçün komplektləşdirici hissələrin saxlanıldığı logistika mərkəzi, Kalinovka ərazisində Qərbdən gələn hərbi yüklərin paylanıldığı logistika qovşağı və Milaya kəndində uzaqmənzilli FP-1/FP-2 PUA-ları üçün ehtiyat hissələri və start sürətləndiricilərinin saxlanıldığı anbar hədəf alınıb.
Bundan əlavə, İsmayıl limanında yanacaqdolduran maşınların dayanacaq yeri və yanacaq-sürtkü materiallarının boşaldılması məntəqələri, Nikolayev limanında isə dəniz yükboşaltma terminalı, logistika mərkəzləri və hərbi təyinatlı əmlakın saxlanıldığı 18 anbar kompleksi tamamilə məhv edilib.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ