İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda “Şuşa” mahnısını oxudu - VİDEO

Qırğızıstanın paytaxtında VI Dünya Köçəri Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, genişmiqyaslı tədbir sentyabrın 6-da yeni “Bişkek Arena” stadionunda baş tutub və dünyanın müxtəlif ölkələrindən nümayəndə və qonaqları bir araya gətirib.

Konsert proqramının iştirakçılarından biri azərbaycanlı müğənni Roza Zərgərli olub.

VI Dünya Köçəri Oyunlarının bağlanış mərasimində R. Zərgərli Azərbaycan dilində “Şuşa – Xarı Bülbül” mahnısını ifa edib.

“Bu axşam mənim üçün xüsusilə əzizdir. Çünki məhz burada ilk dəfə milli kompozisiyam olan “Şuşa – Xarı Bülbül”ü təqdim etdim. Kompozisiyanın musiqisi Pərviz Mahmudova məxsusdur. Onu ilk dəfə belə möhtəşəm beynəlxalq səhnədə ifa etmək və tamaşaçıların necə böyük sevgi və hərarətlə qarşıladığını görmək mənim üçün inanılmaz dərəcədə həyəcanlı idi”, - deyə, müğənni instaqram hesabında bildirib.

Roza Zərgərli vurğulayıb ki, bu kompozisiyada Azərbaycanın görkəmli Xalq artisti, virtuoz qarmon ifaçısı Aftandil İsrafilovun yaradıcılığı xüsusi yer tutur:

“Böyük sənətkar sağlığında “Qızılgül” kompozisiyasını yaradaraq mənə həsr etmişdi. Azərbaycan qarmon sənəti tarixində parlaq iz qoymuş bir insandan belə bir musiqi ithafı almaq mənim üçün böyük şərəf idi və belə də qalır. Daha sonra ‘Qızıl gül’ün motivlərini “Şuşa – Xarı Bülbül” kompozisiyasına daxil etdim. Burada milli musiqini, xatirəni, Şuşaya sevgini və görkəmli sənətkarlarımızın irsini birləşdirdim. Bu gün bir daha əmin oldum: musiqi sərhəd tanımır. O, xalqları birləşdirir”.

Qeyd edək ki, R.Zərgərli oyunların açılış mərasimində də iştirak etmişdi. O, həmçinin tədbir zamanı münsiflər heyətində yer alıb.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR