Onlayn ictimai-siyasi qəzet
Dohada keçirilən panel müzakirəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan regionda yaranmış yeni reallıqlara toxunub.
Musavat.com-un xəbərinə görə, Qriqoryan bildirib ki, bir-iki il öncəyə qədər Bakı və İrəvan arasında ziddiyyətli narrativlər əsas xətti təşkil edirdisə, hazırda tərəflər arasında kəsişən mövqelər və oxşar yanaşmaların sayı artır.
Onun sözlərinə görə, müəyyən məsələlər üzrə fərqlər qalmaqda davam etsə də, reallıq göstərir ki, əməkdaşlıq üçün imkan genişdir.
Erməni rəsmisi həmçinin sülh üçün siyasi iradənin həlledici rol oynadığını vurğulayıb:
“Əməkdaşlıq iradəsi olduqda gələcək daha stabil ola bilər. Beynəlxalq ictimaiyyət prosesə dəstək verərsə, bölgədə davamlı sülhün qurulması mümkündür”.
Analitiklər hesab edir ki, bu yanaşma Ermənistan tərəfindən ilk dəfə deyil səslənir, lakin prosesin real nəticəyə çevrilməsi İrəvanın praktiki addımlarından, xüsusən kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və sülh sazişinə imza mövqeyindən asılı olacaq.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ