İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev düzmü söylədi?

Keçmiş məcburi köçkünlər deputatın “Qarabağa qayıdanlar evlərini özləri tiksiinlər” təklifindən danışdılar

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev parlamentin son iclasında keçmiş məcburi köçkünlərə öz evlərini özlərinin tikməsi üçün şərait yaradılmasının daha effektiv model ola biləcəyini bildirib. Onun fikrincə, dövlətin əsas rolu bütün işləri birbaşa icra etmək deyil, vətəndaşların təşəbbüsünü və məsuliyyətini artıracaq mexanizmlər formalaşdırmaqdan ibarət olmalıdır.

Sitat: “Qarabağa qayıdan keçmiş məcburi köçkünlər evlərini özləri tiksiinlər. İşğaldan azad olunmuş ərazilərdə vacib işlər görülür. Evlər tikilir, yollar, məktəblər, xəstəxanalar salınır. Amma dövlətin hər şeyi təkbaşına etməsi, bütün maliyyə yükünü üzərinə götürməsi uzunmüddətli həll deyil. Bu, nə büdcə üçün dayanıqlıdır, nə də insanların orada kök salması üçün doğru modeldir. Bu gün biz köçkünlər üçün evi də, kommunalı da, infrastrukturu da dövlət hesabına qururuq. Amma nəticə nədir? Köçən insanların bir hissəsi bir müddət sonra geri qayıdır. Məncə, dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır”.
Akif Nağı sosial şəbəkələrdə əleyhinə danışanlara CAVAB VERDİ | Modern.azƏslən Ağdamdan olan, Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a açıqlamasında təklifi bu cür dəyərləndirib: “Zaman-zaman biz də çıxışlar etmişik, təkliflər irəli sürmüşük. Ağdama səfər zamanı Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynova da bunu demişik. Əsaslandırmışıq ki, həm tikintinin sürətləndirilməsi, həm də köçün daha sürətli olması üçün vacibdir. Doğrudur, müəyyən binaları, evləri dövlət özü tikməlidir. Amma şərait yaratmaq lazımdır ki, insanlar öz evlərini ayrılmış sahədə özləri tiksinlər. Ümumi standartlar müəyyənləşdirmək mümkündür. Buna da hər kəsin əməl etməsi tələbi qoyulmalıdır. Bu çox vacib r məsələdir. Bizə həmişə deyirdilər ki, infrastruktur yoxdur. Amma artıq bu istiqamətdə işlər demək olar ki, yekunlaşıb. Onun üçün də bu işə vaxt itirmədən başlamaq lazımdır. Amma insanlar öz hesablarına evləri tikmək düşüncəsi də doğru olmaz. Kim könüllü şəkildə istəyərsə, təbii ki, bunu tikə bilər. İnsanların işğal nəticəsində mülkiyyət hüquqları pozulub. Dövlət insanlara maliyyə ayırmalıdır və bunun əsasında da sakinlər evlərini tikməlidirlər”.

Нет описания фото.

Kəlbəcərdən olan keçmiş məcburi köçkün, “Yeni Müsavat” qəzetinin siyasi yazarı Etibar Seyidağa bu təklifi tam dəstəkləyir
: “Razi Nurullayev uzun zamandır ki, məcburi köçkünlər arasında gedən müzakirələri sanki dilə gətirib. Ola bilsin ki, ona məcburi köçkünlərin bu fikirdə olduqlarını çatdırıblar. Görünür, deputat ictimai rəyi tam öyrənəndən sonra belə bir təkliflə çıxış edib. Biz digər deputatların da belə təkliflərlə çıxış etmələrini gözləyirik. Dövlətin yükü hazırda çoxdur. Bu da proseslərə istər-istəməz təsir edir. Burada böyük bir ərazidən söhbət gedir. Bu bir növ dövlətə kömək də olardı. Həmyerlilərimin əksəriyyəti də bu fikirdədir. Evlərin tikintisi sakinlərin üzərinə qoyulsa, daha yaxşı olardı. Yaxşı bilirəm ki, məcburi köçkünlər arasında quruculuq işlərindən, tikintidən başı çıxanlar kifayət qədər çoxdur. Bu baxımdan Razi Nurullayevin təklifini düzgün sayıram. Təklif qəbul olunarsa, çox sevindirici olar”.

Cavanşir ABBASLI
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR