İnsanlara hürriyət, millətlərə istiqlal!

Region məktəblərinə müjdə

Azərbaycanda təhsil sisteminin rəqəmsal transformasiyası çərçivəsində tətbiq edilən “Rəqəmsal məktəb” platformasına qoşulanların sayı sürətlə artır.

Musavat.com-un məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən media brifinqində açıqlama verib.

İdarə rəisi bildirib ki, hazırda “Rəqəmsal məktəb” platformasının ümumi istifadəçi sayı 900 min nəfəri keçib. Onlardan 543 min 255-i şagird, 360 min 709-u isə valideyndir.

Qeyd olunub ki, layihə çərçivəsində şagirdlər üçün xüsusi rəqəmsal köməkçi də hazırlanıb. Bu alət vasitəsilə məktəblilər süni intellekt əsaslı texnologiyalarla işləmə bacarıqlarını inkişaf etdirmək imkanı əldə edirlər.

Vüsal Xanlarovun sözlərinə görə, “Rəqəmsal məktəb” hazırda pilot mərhələ çərçivəsində paytaxt məktəblərində tətbiq olunur. Növbəti mərhələdə isə platformanın ölkənin digər regionlarını da əhatə etməsi planlaşdırılır.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR