Onlayn ictimai-siyasi qəzet
Venesuela prezidenti vəzifəsinin icraçısı Delsi Rodriges Avropa ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib.
Musavat.com xəbər verir ki, məlumatı ölkənin xarici işlər naziri İvan Gil Pinto Venezolana de Televisión televiziya kanalında açıqlayıb.
Miraflores prezident sarayında keçirilən görüşdə Rodriges bildirib ki, "dövlətlər arasında hörmət və bərabərlik şəraitində Avropa və Venesuela xalqlarının rifahına yönəlmiş gündəliyin həyata keçirilməsində irəliləyə bilərik". Nazir isə qeyd edib ki, "ölkələrimizin həyatının bütün sahələrində əməkdaşlığın qurulması üçün çox maraqlı dialoq mərhələsi başlayır və bu, şübhəsiz ki, xalqımıza fayda verəcək".
Xarici işlər naziri görüş zamanı ticarət münasibətlərinin, elm və texnologiya, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın müzakirə olunduğunu qeyd edib. O, Venesuela hökumətinin "bütün dünya xalqları ilə diplomatik prinsiplərə uyğun olaraq əl-ələ verməyə" hazır olduğunu qeyd edib.
Musavat.com
11 Iyun 2026
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ