İnsanlara hürriyət, millətlərə istiqlal!

İçki mağazasına girən meymun sərxoş oldu - VİDEO

Hindistanda meymun içki mağazasına girərək araq içib və daha sonra mağazanın içərisində yuxuya gedib.

Musavat.com bildirir ki, hadisə Hindistanın Carkhand ştatının Rançi şəhəri yaxınlığındakı Ormanjhi ərazisində baş verib.

Məlumata görə, meymun içki mağazasına daxil olduqdan sonra işçilər onu çıxarmağa çalışıblar. Heyvanı mağazadan uzaqlaşdırmaq üçün ona peçenye də verilib. Lakin meymun mağazanı tərk etmək əvəzinə içki butulkalarından birini götürərək içməyə başlayıb.

Bir müddət sonra meymun içki qutularının üzərinə uzanaraq yuxuya gedib. Mağazada olan şəxslər bu qeyri-adi hadisəni mobil telefonla lentə alıblar.

Məlumata görə, heyvanı mağazadan çıxarmaq üçün əraziyə xilasetmə qrupu çağırılıb. Meymun daha sonra mağazadan uzaqlaşdırılıb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR