İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus ordusu Nüvə İnstitutunu BOMBALADI, Putindən RƏSMİ payız çağırışı

Rusiya ordusu Kiyevdə Ukrayna Milli Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutunun ərazisinə PUA ilə zərbə endirib.

Bu barədə “Suspilne” Ukraynanın Dövlət Nüvə Tənzimləmə Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, institutun ərazisində VVR-M tədqiqat reaktoru yerləşir. Sentyabrın 30-da gecə endirilən zərbə nəticəsində ərazidə baş verən yanğın daha sonra söndürülüb.

Dövlət Nüvə Tənzimləmə Xidmətinin məlumatına görə, reaktorun özü və təhlükəsizlik baxımından mühüm sistemlər zədələnməyib, radiasiya fonunda da dəyişiklik qeydə alınmayıb.

Rusiyada payız çağırışı dövründə ordu sıralarına 120 min nəfər göndəriləcək. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilati və Səfərbərlik İdarəsinin rəisi Yevgeni Burdinski bildirib. O, bu gündən orduya payız çağırışı dövrünün başladığını söyləyib.

Qeyd edib ki, oktyabr-dekabr aylarında təxminən 120 min nəfər orduya göndəriləcək. Rusiya MN rəsmisi yaz çağırışında bu rəqəmin 141 min, ötən payızda isə 135 min nəfər olduğunu vurğulayıb. Burdinskinin sözlərinə görə, çağırışçılar xüsusi hərbi əməliyyatlarda iştiraka cəlb olunmayacaq: “2026-cı ildə cəmi 261 min rusiyalı çağırışa göndərilməlidir. İl boyu davam edən çağırış prosesi sayəsində plan təxminən 80% yerinə yetirilib".

TV Musavat-ın “Həftə içi” verilişində gündəmi siyasi ekspert Heydər Oğuzla müzakirə edirik.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR