İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bombardmançıları Britaniya istiqamətində uçdu, NATO dərhal reaksiya verdi – Video

Musavat.com xəbər verir ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus strateji bombardmançı təyyarələrin Britaniya istiqamətində hərəkəti NATO-nu dərhal hərəkətə keçməyə məcbur edib.

The Mirror nəşrinin məlumatına görə, alyans təhlükəsizlik tədbiri olaraq öz qırıcılarını havaya qaldırıb.

Rusiya Müdafiə Nazirliyi isə insidenti şərh edərək bildirib ki, söhbət Barens və Norveç dənizlərinin neytral suları üzərində həyata keçirilən “planlı uçuşdan” gedir. 

Lakin bu, Moskvanın NATO ölkələri yaxınlığında ilk belə addımı deyil. Son dövrlər Rusiya hərbi aviasiyasının alyans üzvlərinə yaxın ərazilərdə mütəmadi olaraq provokativ manevrlər etdiyi bildirilir. Məsələn, bu gün Polşa Hərbi Hava Qüvvələri ölkənin hava məkanına yaxınlaşan Rusiya kəşfiyyat təyyarəsini müşayiət edərək qarşısını alıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR