İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya mediasına gizli təlimat- "Paşinyanın qələbəsini..."

Ermənistanda keçirilən parlament seçkilərindən sonra Rusiya mediası üçün verilən təlimatların detalları açıqlanıb.

Musavat.com xəbər verir ki, “Meduza” nəşrinin məlumatına görə, Rusiya Prezident Administrasiyası KİV-lərə bir sıra istiqamətləndirici göstərişlər göndərib.

Məlumata əsasən, media materiallarında Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının 50 faizdən az səs topladığı xüsusi vurğulanmalı və bu nəticənin “məğlubiyyət” kimi təqdim olunmasına üstünlük verilməlidir.

Bundan əlavə, seçkilər zamanı qeydə alındığı bildirilən pozuntular barədə daha çox materialların hazırlanması tövsiyə olunub.

“Meduza” qeyd edir ki, federal televiziya kanallarının süjetləri və hakimiyyətə yaxın KİV-lərin yayımları həmin göstərişlərin icra olunduğunu göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR