Onlayn ictimai-siyasi qəzet
Ukrayna pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Başqırdıstan və Nijni Novqorod vilayətlərinə hücum edib.
Musavat.com xəbər verir ki, bu barədə Telegram kanalları məlumata yayıb.
Başqırdıstan rəhbəri Radiy Xabirov Ufa şəhərindəki sənaye müəssisəsinə edilən hücumun dəf olunduğunu bildirib.
Məlumata görə, göndərilən altı drondan dördü vurularaq zərərsizləşdirilib.
Xabirovun sözlərinə görə, dronlardan biri sənaye zonasına düşüb və orada yanğın başlayıb. Digər bir dron isə Zaton mikrorayonundakı yaşayış binasına çırpılıb. Hücum nəticəsində yuxarı mərtəbələrdəki mənzillərin şüşələri zədələnib, bir nəfər xəsarət alıb.
"Astra" nəşrinin yazdığına görə, Ukrayna dronları Nijni Novqorod vilayətinə də hücum edib. Dzerjinsk şəhərində çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. Vilayət hakimiyyəti hələlik bu hücumla bağlı rəsmi açıqlama verməyib.
Rusiyalı təbliğatçı Vladimir Solovyov növbəti dəfə Azərbaycana qarşı sərsəm bəyanatlar səsləndirib.
Axar.az xəbər verir ki, aparıcı Bakının öz siyasətini davam etdirməsindən və Moskvanın reaksiyasına məhəl qoymamasından qəzəblənib.
“Azərbaycan bu qədər özünəinam hissini haradan alır? Azərbaycan üç vətəndaşımızı axtarışa verib. Biz buna hər hansı bir şəkildə cavab verdikmi? Bəs xarici işlər nazirinin Ukraynaya səfəri necə olacaq? Biz buna hər hansı bir şəkildə cavab verdikmi? Və özünüzə sual verin: Azərbaycan və bir sıra digər ölkələr niyə bu cür davranırlar? Onlar əmindirlər ki, biz uduzacağıq. Çünki onlar əmindirlər ki, biz heç vaxt cavab verməyəcəyik: nə Qərbə, nə də onlara”, - Solovyov bildirib.
Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Ukraynada yaşayan polkovnik Elxan Nuriyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ