Onlayn ictimai-siyasi qəzet
ABŞ Maliyyə naziri Skott Bessent G20-dən olan həmkarları ilə Arşvill sammitində Rusiya maliyyə naziri Anton Siluanovla görüşündə Moskva ilə Vaşinqton arasında razılaşmaların mümkün olmadığını bildirib.
Musavat.com Reuters agentliyinə istinadən xəbər verir ki, Bessent Siluanova Ukraynada müharibə dayanana qədər "Rusiya üçün heç bir iqtisadi güzəşt və ya digər məsələlər üzrə razılaşmaların mümkün olmadığını" deyib.
Qeyd edək ki, Rusiya Maliyyə Nazirliyi görüşdə "maliyyə sahəsində Rusiya-Amerika əməkdaşlığı və G20 çərçivəsində əməkdaşlıq məsələləri”nin müzakirə olunduğuna dair məlumat yaymışdı.
CNBC, ABŞ Maliyyə Nazirliyinin sözçüsünə istinadən bildirib ki, Siluanov və Bessent arasında görüşdə "ABŞ Prezidenti Donald Trampın sülh planı" müzakirə olunub.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ