Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusunun 70-ci motoatıcı alayının bir qrup hərbçisinin qeyri-adi şəraitdə saxlanıldığını göstərən görüntülər yayılıb.
Musavat.com xəbər verir ki, videoda meşəlik ərazidə təxminən 2 metr dərinliyində qazılmış çuxurun içərisinə bir neçə rus hərbçisinin salındığı görünür. Çuxurun üstü isə onların oradan çıxa bilməməsi üçün dəmir barmaqlıq – qəfəsə bənzər konstruksiya ilə bağlanıb.
Görüntüləri çəkən hərbçinin dediyinə görə, burada saxlanılanlar 70-ci motoatıcı alayın əsgərləridir. Onların komandirin əmrinə tabe olmaqdan imtina etdikləri və komandiri kobud ifadələrlə təhqir etdikləri bildirilir.
Videodan görünür ki, hərbçilər adi otaqda və ya hərbi həbsxanada deyil, birbaşa torpaqda qazılmış və üstü dəmir barmaqlıqla örtülmüş çuxurda saxlanılırlar.
Videonu çəkən şəxs həmin hərbçilərin aqibətini istehzalı şəkildə belə ifadə edir:
“İndi bir az oturub düşünəcəklər, sonra hücuma gedəcəklər”.
Yayılan məlumatdan belə anlaşılır ki, bu cür saxlanma onların yenidən hücum tapşırığına göndərilməsi ərəfəsində tətbiq edilən cəza üsuludur.
Musavat.com
01 Sentyabr 2026
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ