İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölümcül “qonaq” – nəhəng piton yaşayış məntəqəsinə girdi - Video

Nepalda bir çox yaşayış məntəqəsini su altında qoyan güclü daşqınlardan sonra qorxulu görüntülər ortaya çıxıb.

Musavat.com xəbər verir ki, daşqın nəticəsində ərazilərin su altında qalması və çayların məcrasından çıxması vəhşi heyvanların da yaşayış yerlərindən uzaqlaşmasına səbəb olub.

Sel sularının yaşayış məntəqələrinin küçə və həyətlərinə dolduğu ərazilərdən birində iri pitonun suyun içində hərəkət etdiyi görüntülənib. İnsanlar binadan pitonun yaşayış məntəqəsinin içində, daşqın suları arasında hərəkət etməsini həyəcan və təşviş içində videoya çəkiblər. İri ilanın evlərin yaxınlığında görünməsi sakinlər arasında qorxu yaradıb.

Qeyd edək ki, Nepal seysmik baxımdan da fəal bölgədə yerləşir. Ölkədə vaxtaşırı zəlzələlər qeydə alınır. 2015-ci ildə baş verən 7,8 maqnitudalı dağıdıcı zəlzələ nəticəsində təxminən 9 min insan həyatını itirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR