İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə sərhədi bağladı, çöl donuzları Rusiyaya keçə bilmir – qeyri-adi vəziyyət

Finlandiya ilə Rusiya sərhədində qeyri-adi vəziyyət yaranıb. 100-ə yaxın çöl donuzu sərhəd maneəsindəki keçidlərin bağlanması səbəbindən Rusiya ərazisinə keçə bilmir.

Musavat.com xəbər verir ki, Finlandiya sərhədçiləri avqustun əvvəlində Afrika donuz taununun yayılması təhlükəsi ilə əlaqədar sərhəd maneəsində heyvanların istifadə etdiyi keçidləri bağlayıblar.

Nəticədə sərhəd bölgəsində toplaşan çöl donuzları Rusiya istiqamətində hərəkətlərini davam etdirə bilməyib və ərazidə ilişib qalıblar.

Hazırda heyvanlara yem verilir və onların mümkün qədər narahat edilməməsinə çalışılır.

Bununla belə, çöl donuzlarının sonrakı taleyi hələ dəqiq müəyyənləşməyib. Onların gələcəkdə tutularaq ərazidən aparılması və ya məhv edilməsi variantları nəzərdən keçirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR