Onlayn ictimai-siyasi qəzet
Rusiya hökuməti ölkədən avtomobil benzininin ixracına tam qadağanın müddətini 28 fevral 2026-cı ilə qədər uzadıb.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, qadağa birbaşa istehsalçılar da daxil olmaqla bütün ixracatçılara şamil ediləcək.
Digər bir hökumət fərmanı ilə dizel yanacağının, eləcə də dəniz yanacağının və digər qaz yağlarının, o cümlədən birjalarda alınanların ixracına qoyulan qadağanın müddəti 28 fevral 2026-cı ilə qədər uzadılıb. Bu qadağa neft məhsullarının birbaşa istehsalçılarına şamil edilməyəcək.
Məhdudiyyətlər fərmanların rəsmi dərcindən sonrakı gün qüvvəyə minəcək.
Hazırda Rusiyadan benzin ixracına qoyulan qadağa bütün bazar iştirakçılarına bu ilin sonuna qədər şamil edilir. Bundan əlavə, istehsalçı olmayanlar üçün dizel yanacağının, dəniz yanacağının və digər qaz yağlarının ixracına məhdudiyyətlər tətbiq edilib.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ