Onlayn ictimai-siyasi qəzet
Dizel yanacağının qiymətlərinin artmasının səbəbi ABŞ-ın Yaxın Şərqdəki müharibəsi deyil, Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələrdir.
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlər söhbətində yenidən bu fikrini səsləndirib:
"Bilirsiniz, dizel yanacağına Yaxın Şərq deyil, Rusiyada baş verənlər daha çox zərbə vurub, çünki dizel yanacağı istehsal edən neft emalı zavodları təhlükəli sürətlə sıradan çıxır".
O əlavə edib ki, əgər bu baş verməsəydi, ABŞ-ın dizel yanacağı ilə bağlı problemləri olmazdı. Sonda ABŞ prezidenti əlavə edib ki, problemin səbəbkarı Ukrayna və Rusiyadır:
"Rusiya ilə Ukrayna arasında baş verənlər dizel yanacağı bazarı üçün ən böyük problemə çevrilib".
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ