İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar çıxış yolu tapdı: avtomobilləri Çinə göndərirlər

Yanacaq böhranı Rusiyanın bəzi bölgələrində qeyri-adi həll yolları yaradıb.

Musavat.com xəbər verir ki, Rusiyanın Zabaykalye diyarında yaşayan bəzi sürücülər avtomobillərini benzin doldurmaq üçün Çinə göndərməyə başlayıblar.

Sərhədi özləri keçmək istəməyənlər üçün artıq xüsusi "benzin turizmi" xidmətləri də yaranıb. Bu xidmət çərçivəsində avtomobil Çinə aparılır, yanacaqla doldurulur və yenidən sahibinə qaytarılır.

Yerli sakinlər bildirirlər ki, Çində 10 litrə qədər olan kanistrləri də benzinlə doldurmaq mümkündür. Lakin həmin yanacağı sərhəddən keçirərkən gömrükdə problemlər yarana biləcəyi qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR