İnsanlara hürriyət, millətlərə istiqlal!

Salah "Beşiktaş"a GƏLİR? — İlin transfer bombası

Məhəmməd Salah "Beşiktaş"a təklif olundu: Transferdə maliyyə maneəsi!

Türkiyə və dünya futbolunda ilin ən böyük transfer bombalarından biri partlaya bilər.

Musavat.com xəbər verir ki, dünyanın ən yaxşı vingerlərindən biri hesab olunan Məhəmməd Salahın "Beşiktaş" klubuna təklif edildiyi barədə iddialar gündəmi sarsıdıb.

Məlumata görə, ulduz futbolçunun transferi ilə bağlı "ağ-qaralar"ın rəhbərliyinə rəsmi təklif gəlib. Lakin hazırda tərəflər arasında bu keçidin reallaşması üçün ciddi bir əngəl mövcuddur. "Beşiktaş"ın büdcəsi ilə futbolçunun tələb etdiyi şərtlər, xüsusən də maliyyə məsələsində tərəflər arasında çox böyük fərq var.

Maliyyə şərtlərindəki bu uçuruma baxmayaraq, İstanbul təmsilçisi geri addım atmayıb. Yaxın günlərdə Məhəmməd Salahın meneceri ilə "Beşiktaş" rəhbərliyi arasında kritik bir görüşün keçiriləcəyi gözlənilir. Bu rəsmi görüşdə ortaq məxrəcə gəlinib-gəlinməyəcəyi və Salahın karyerasını Türkiyədə davam etdirib-etdirməyəcəyi müəyyənləşəcək.

Xatırladaq ki, transferin reallaşacağı təqdirdə, bu, təkcə "Beşiktaş" üçün deyil, bütövlükdə Superliqa tarixi üçün ən səs-küylü transferlərdən biri olacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR