İnsanlara hürriyət, millətlərə istiqlal!

Sedat Pekerlə bağlı ŞOK AÇIQLAMA

Milliyyətçi Hərəkət Partiyasının (MHP) media və rəqəmsal platformalar üzrə sədr müavini İsmail Özdemir sosial şəbəkə hesabında Sedat Pekerlə bağlı diqqətçəkən bəyanat verib.

Musavat.com xəbər verir ki, partiya rəsmisi MHP sədri Dövlət Baxçalıya istinad edərək Peker haqqında müsbət fikirlər səsləndirib:

"Hörmətli Sədrimizin hər dəfə “Ülküdaşımızdır” dediyi, dəyərli bir dava və könül adamıdır. Allah izin verərsə, yaxında özü və ailəsi vətənimizə qovuşacaqlar."

MHP rəsmisinin bu açıqlaması uzun müddətdir xaricdə yaşayan Sedat Pekerin Türkiyəyə mümkün dönüşü ilə bağlı müzakirələri yenidən gündəmə gətirib./yenisabah/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR