Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda keçirilən tədbirlər çərçivəsində MDB sammitinin bütün iştirakçıları ilə görüşəcək. Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Bu gün axşam prezidentin bu mədəni tədbirlər çərçivəsində bütün digər iştirakçılarla ünsiyyət qurmaq imkanı olacaq. Yəni sammitin demək olar, bütün iştirakçıları ilə tədbir çərçivəsində təmaslar baş tutacaq”, - Kremlin nümayəndəsi deyib.
Peskov qeyd edib ki, Putinin Türkmənistanda MDB sammiti və Xəzər Ekoloji Sammiti çərçivəsində bir sıra işgüzar görüşləri planlaşdırılıb.
“Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslar nəzərdə tutulur”.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib. Paşinyanın sözlərinə görə, İlham Əliyevlə əvvəlcədən planlaşdırılmış ikitərəfli rəsmi görüş nəzərdə tutulmayıb.
O qeyd edib ki, MDB ölkələri liderlərinin sammiti çərçivəsində müxtəlif formatlarda təmasların və müzakirələrin keçirilməsi mümkündür. Ermənistan Baş nazirinin sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə də təmasları olacaq.
“Format elədir ki, həm Rusiya, həm də Azərbaycan prezidentləri ilə təmaslar mütləq olacaq. Amma rəsmi görüş planlaşdırılmır. Birdən ehtiyac olduğu məlum olsa, bəlkə bu da mümkündür”, - Paşinyan əlavə edib.
Xatırladaq ki, MDB sammitində hazırda Türkmənistanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.
Bütün bu mövzuları TV Musavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi tədqiqatçı Çingiz Məmmədovla müzakirə edir
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ