İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə yeni hərbi alyans YARADIR

Səudiyyə Ərəbistanı artıq cümə axşamı Qırmızı dənizdə husilərin Bab əl-Məndəb boğazından gəmiçiliyi məhdudlaşdırmaq cəhdlərinin qarşısını almağa yönəlmiş yeni çoxmillətli hərbi koalisiyanın yaradıldığını elan edə bilər.

Musavat.com xəbər verir ki, bu barədə "Al-Monitor" nəşri məlumat yayıb.

Koalisiyanın qərargahının Səudiyyə Ərəbistanının komandanlığı altında Ər-Riyadda yerləşdirilməsi planlaşdırılır.

Təşəbbüsə ABŞ, Misir, Pakistan, Türkiyə, Qətər, Bəhreyn, Küveyt, Cibuti, Somali və Sudan da daxil olmaqla 50-yə yaxın ölkə dəvət edilib. Bununla belə, Vaşinqton hələlik iştirakla bağlı yekun qərar verməyib. Lakin rəsmilərin sözlərinə görə, ABŞ-ın dəstəyi təşəbbüsün nüfuzunu təmin etmək üçün əsas amil hesab olunur.

Fransa, Almaniya və İtaliya hər hansı öhdəlik götürməzdən əvvəl Vaşinqtonun qərarını gözləyirlər. Omanın isə İranla təmaslarda vasitəçi rolu oynadığı üçün koalisiya qoşulacağı ehtimal olunmur. Mövcud məlumatlara görə, Birləşmiş Ərəb Əmirlikləri hələ ki dəvət almayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR