Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Detroytda Ford Motor Company zavoduna səfəri zamanı qalmaqallı insidentlə üzləşib.
Musavat.com xəbər verir ki, zavod işçilərindən biri izdihamdan Trampa səslənərək onu “pedofillərin müdafiəçisi” adlandırıb və ittihamını Ceffri Epşteyn işi ilə əlaqələndirib.
Məlumata görə, prezidentin cavabı ani və sərt olub. Tramp fəhləni açıq şəkildə təhqir edib və ona orta barmağını göstərib. Hadisə zavodda olanlar və sosial şəbəkə istifadəçiləri tərəfindən dərhal qeydə alınıb.
Qalmaqala Ağ Ev də reaksiya verib. Prezident Administrasiyasının kommunikasiya direktoru Steven Cheung bildirib ki, fəhlə “aqressiv davranıb, nəzarətsiz şəkildə təhqiramiz ifadələr səsləndirib” və Trampın reaksiyası “aydın, sərt və adekvat” olub.
Musavat.com
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ