Onlayn ictimai-siyasi qəzet
İspaniyanın baş naziri Pedro Sançes Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Avropanın müdafiə siyasətində köklü dəyişikliklərə ehtiyac olduğunu bildirib.
Musavat.com xəbər verir ki, o, Rusiya prezidenti Vladimir Putinin siyasəti fonunda qitənin yalnız milli ordularla təhlükəsizliyini təmin edə bilməyəcəyini vurğulayıb.
Sançes Avropa İttifaqını “əsl Avropa ordusu” yaratmağa çağırıb və bunun uzunmüddətli plan deyil, təxirəsalınmaz addım olduğunu qeyd edib. Onun sözlərinə görə, mövcud təhlükəsizlik mühiti qitəni dərhal hərbi inteqrasiyaya məcbur edir.
Baş nazir əlavə edib ki, İspaniya belə təşəbbüs üçün bütün zəruri resurslara qoşulmağa hazırdır. O hesab edir ki, yalnız gücləndirilmiş çəkindirici imkanlar Avropaya Rusiyanın təzyiqləri qarşısında real balans yaratmağa imkan verə bilər.
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ