Onlayn ictimai-siyasi qəzet
Avqustun 5-nə keçən gecə Rusiya ordusu dronlar və ballistik raketlərdən istifadə etməklə Kiyevə kütləvi zərbələr endirib. Nəticədə həlak olan və yaralananlar var.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
"Obolon rayonunda qeyri-yaşayış binasında yanğın baş verib. Bir nəfər həlak olub, üç nəfər xəsarət alıb. Svyatoşın rayonunda isə düşmən atəşi nəticəsində mağazalardan birinin anbar sahəsində yanğın qeydə alınıb", - deyə xilasedicilər bildiriblər.
Eyni zamanda, Qoloseyev rayonunda iki obyektdə, birmərtəbəli qeyri-yaşayış binalarında yanğınlar baş verib və söndürülüb. Orada dörd nəfər xəsarət alıb, onların ikisi xəstəxanaya yerləşdirilib.
Başqa bir ünvanda, sənaye müəssisəsinin ərazisində ammonyak sızması baş verib. Xilasedicilər klapanları bağlayıblar. Xoşbəxtlikdən, əhali üçün heç bir təhlükə yoxdur.
Desnyan rayonunda iki qeyri-yaşayış binasında yanğın baş verib. Hadisə yerlərində xilasedicilər və bütün müvafiq xidmətlər çalışır.
Kiyev merisi Vitali Kliçko paytaxtın atəşə tutulması nəticəsində yaralananların sayının 24 nəfərə çatdığını, onlardan 15 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Onun sözlərinə görə, yaralılardan dördünün vəziyyəti ağırdır.
Musavat.com
![]()
![]()
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ