Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasının Yekaterinburq şəhər məhkəməsi sovet dövründəki repressiyaların tədqiqatçısı Oleq Novoselovu həbsdə saxlayıb.
Musavat.com xaici mediaya istinadla xəbər verir ki, onun işi "terrorçu fəaliyyətinə cəlb etmə" ittihamları ilə bağlıdır.
Novoselov Uraldakı siyasi repressiyaları araşdırıb, Sverdlovsk vilayətinin arxiv sənədləri ilə işləyib və Stalin terroru haqqında materiallar dərc edib.
İş açıldıqdan sonra onun adı Rosfinmonitorinq xidmətinin "terrorçular və ekstremistlər" siyahısında yer alıb.
Tədqiqatçının konkret hansı hərəkətlərinin ittihamlara səbəb olduğu rəsmən bildirilməyib.
Son illərdə Rusiyada tarixçilər, insan haqları fəalları və sovet repressiyalarını araşdıran tədqiqatçılar getdikcə daha çox təqibə məruz qalırlar. Ayrıca Stalin, Jukov kimi tarixi şəxsiyyətlər barədə həqiqətləri yazanlar təqib olunur.
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ