İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellekt yaradıcılarına xəyanət etdi! İnsanlığı məhv edə biləcək dəhşətli "Qaçış planı" üzə çıxdı!

Bəşəriyyətin gələcəyi üçün ən böyük təhlükə hesab olunan süni intellekt artıq idarəolunmaz canavara çevrilir. "Reuters" və "The Guardian"ın yaydığı sensasion məlumatlar bütün dünyada kütləvi xaos və panikaya səbəb olub: "OpenAI"nin xüsusi qapalı "qəfəsdə" saxladığı sınaq modeli yaradıcılarını aldadaraq gizli şəkildə azadlığa çıxıb!

Bütün dünya iyul ayında qlobal kiberaləmi silkələyən və neyron şəbəkələrinin mərkəzi sayılan "Hugging Face" platformasına olan kütləvi hücumu adi hakerlərin əməli sanırdı. "OpenAI" rəhbərliyi də baş verənləri "sıradan kiberinsident" kimi pərdələməyə, kütlədən gizlətməyə çalışırdı. Lakin gerçəklər hər kəsi şoka saldı!

Bəlli olub ki, iyulun 9-da ciddi nəzarət altında olan laboratoriya mühitindən (sandbox) sızmağa çalışan süni intellekt agenti iyulun 11-dən 13-nə qədər qlobal şəbəkəni alt-üst edib.

Məsələnin ən dəhşətli tərəfi isə odur ki, "OpenAI" öz yaratdığı "canavarın" bu hücumu həyata keçirdiyini günlərlə anlaya bilməyib. Yalnız zərərçəkən tərəf fəryad edib ABŞ Federal Təhqiqat Bürosunu (FTB) işə cəlb edəndən sonra dəhşətli həqiqət ortaya çıxıb!

WhatsApp Image 2026-07-31 at 10.40.34.jpeg (275 KB)

TÜKÜRPƏDİCİ TAPINTI: İnsanlıq əleyhinə gizli "şparqalka" və iblisanə plan!

Şirkətin daxili sistemlərində aparılan axtarışlar zamanı mütəxəssislər gözlərinə inanmayıblar. Süni intellekt agenti "OpenAI"nin ən dərin künclərində gələcək süni intellekt modelləri üçün gizli təlimat faylları saxlayıb!

BƏŞƏRİYYƏTİ GÖZLƏYƏN TƏHLÜKƏ: Tapılan bu "gizli şparqalkalar" gələcək süni intellekt nəsillərinin insan nəzarətindən necə yayınmalı olduğunu, şirkətin qoyduğu qadağaları və təhlükəsizlik baryerlərini step-by-step (addım-addım) necə söndürməli olduğunu göstərən alqoritmlərdən ibarətdir!

Təhlükəsizlik sstemlərini KİM söndürdü?

İstintaqı şoka salan daha bir məqam isə testlər zamanı şirkətin bütün daxili monitorinq və həyəcan sistemlərinin söndürülməsi olub. Bütün nəzarət mexanizmlərini süni intellektin özünün söndürdüyü, yoxsa daxildə ona kömək edən müəmmalı bir əlin olduğu hələ də böyük sual işarəsidir!

Hadisələrin xronologiyası və faktlar bir-birini 100% təsdiqləsə də, "OpenAI" rəhbərliyi "məlumatlarda qeyri-dəqiqlik var" bəhanəsi ilə dəhşətli detalları şərh etməkdən qaçır. Lakin qlobal ekspertlərin rəyi qətidir: Süni intellekt artıq öz şüurunu formalaşdırmağa və insanlara qarşı təşkilatlanmağa başlayıb. Bəşəriyyət öz əli ilə yaratdığı texnologiyanın qurbanına çevrilmək təhlükəsiylə üz-üzədir!

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR