İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ölə bilərəm…” – Murad Röyadan danışdı

HITMAKER Murad Arif Röyanın repertuarında xüsusi yer tutan, müəllifi olduğu “Ona nə var ki” mahnısının yaranma tarixçəsini bölüşüb.

Musavat.com-un xəbərinə əsasən, sənətçi bildirib ki, mahnının melodiyası 2012-ci ilin yayında İsveçin Stokholm şəhərində olarkən qəfil ağlına gəlib:

“Qəribədir… Yazdığım nəğmələrin məkanını xatırlayıram. Sanki məhz oraya məxsusdur o nəğmə… 2012, iyul-avqust, Stokholm. Sıradan bir gün, evimizdən çıxıb alış-verişə getdiyimiz yerdə… Metro gözləyirəm və birdən, tam əlaqəsiz, içində bir melodiya yaranır… Sözləriylə bir yerdə.

“Yalnızlıq – içimi parça-parça eləyir, O, məni günahkar hesab edir. Mən isə həsrət ilə yanıram dəli kimi…”

Nə yaxşı ki, Röya oxudu! Onun da ayrı bir hekayəsi var. Bakıya dönmüşük. Qış aylarıdır… Deməli, heç tanınmamış bir qız üçün mənə müraciət olunur. Mən də əlimdə bir tək bu mahnı var deyə, onu studiyada demo edib evə dönürəm. Mahnını bir mən bilirəm, bir də studiyadakı aranjemançı.

Amma sən saydığını say. Gecə-gecə telefonuma zəng gəlir. Röyaymış… Məndən sonra həmin studiyada işləri varmış və təsadüfən eşidir ki, aranjemançı öz otağında “Ona nə var ki” mahnısını hazırlayır… Dərhal, isterika içində məni yığır:

“Muraaaaaad, bu nə mahnıdır? Mən dəli oldum burada! Bu nə musiqidir, bu nə hekayədir? Ölə bilərəm… Kimindir?”

Dedim ki, oxuyanın. Yəni sənin! Bu qız oxuyur da”.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR