İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsində YENİ MƏRHƏLƏ: Putin hücumların artırılacağını ELAN ETDİ - VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) tədricən və tələsmədən genişlənəcək.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, təşkilatın iştirakçıları ŞƏT-in amorf və qeyri-müəyyən quruma çevrilməsinə yol verilməməsinin vacibliyi ilə razıdırlar.

Putin digər açıqlamalarında isə bir sıra məsələlərə toxunub.

Rusiya lideri Ukrayna ilə bağlı danışıqların hazırda dondurulduğunu deyib.

Putin bildirib ki, Rusiya Stiv Uitkoff və Cared Kuşnerlə işləməkdən məmnundur və onlar hər zaman Rusiyada arzuolunan qonaqlardır. Onun sözlərinə görə, Moskva istənilən danışıqların konkret məzmunla doldurulmasının tərəfdarıdır.

Rusiya prezidenti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinin səfərindən danışarkən xüsusi xidmət orqanları arasında əlaqələrin hər zaman həyata keçirildiyini qeyd edib.

Putin pilotsuz uçuş aparatlarının (PUA) ciddi çağırış olduğunu, Rusiyanın isə bunun öhdəsindən gəldiyini bildirib.

O əlavə edib ki, müharibə qəddar işdir: “Əgər kimsə bizi udmaq və ya parçalamaq istəsə, dişlərinə zərbə ala bilər”.

Rusiya prezidenti bildirib ki, ölkəsinin ordusu Ukraynada hücum tempini artıracaq. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinə Ukraynanın enerji infrastrukturuna kütləvi zərbələr endirmək göstərişi verilib.

Putin döyüş əməliyyatlarının həmişə itkilər və faciə ilə müşayiət olunduğunu, eyni zamanda yeni çağırışlar yaratdığını vurğulayıb.

@@TVmusavat/154372@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR