İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsan dözümlülüyünün sərhədini aşdı - Buzlu suda dünya rekordu

Polşalı ekstremal Damian Kaspşik insan dözümlülüyünün sərhədlərini yenidən sınağa çəkərək buzlu suyun altında 1 saatdan çox qalmağı bacarıb.

Musavat.com xəbər verir ki, 41 yaşlı Kaspşik buzlu suyun altında 1 saat 29 saniyə qalaraq yeni dünya rekorduna imza atıb. Onun nəticəsi Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmən qeydə alınıb.

Bu, “Soyuqlar kralı” kimi tanınan polşalı ekstremalın artıq üçüncü rekordudur. O, daha əvvəl yalnız üzgüçülük geyimində buzla dolu xüsusi kamerada 5 saatdan çox dayanıb. 2026-cı ilin iyulunda isə 2 saatdan artıq müddətdə tamamilə qarın altında basdırılmış vəziyyətdə qalaraq daha bir dözümlülük rekorduna imza atıb.

Kaspşik bildirib ki, buzlu su sınağı əvvəlki rekordlarından xeyli ağır keçib. Bunun əsas səbəblərindən biri bədənin, xüsusilə baş nahiyəsinin sürətlə istilik itirməsi olub. Üstəlik, sınağın başlanğıcında texniki problemlər yaranıb və o, bir müddət komandası ilə əlaqəni itirib.

Bütün çətinliklərə baxmayaraq, polşalı ekstremal rekord müddətini tamamlayıb. Kaspşik nəticədən razı qaldığını və artıq insan dözümlülüyünün sərhədlərini yoxlayacaq növbəti sınağa hazırlaşdığını deyib.

Maraqlıdır ki, qadınlar arasında bu göstərici daha yüksəkdir. Polşalı Mariya Boday 19 dekabr 2025-ci ildə buzlu suyun altında 1 saat 38 saniyə qalaraq qadınlar arasında rekorda imza atıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR